PUTİNİN SƏRT VƏ QORXULU SİFƏTİ – “Onun zəifliyini ört-basdır etmək üçündür…”
20-12-2015, 21:09
Rusiya prezidentinin mətbuat konfransı haqqında sakitcə bu sözləri ifadə etmək olar: ölkənin bütün təbliğat təbilləri və zəngləri hər il olduğu kimi, yenə də guruldamağa başlamışdı. Onların yeganə məqsədi Rusiyanın əhəmiyyətindən, mühümlüyündən və imperiyanın taleyini idarə edə biləcək yeganə adamın Kreml hökmdarının olmasını aləmə car çəkmək idi.
Vladimir Putin bu böyük tamaşanın əsas aparıcı oyunçusudur. Əgər Putinin sifətinə nəzər yetirsək, onda onun üzünün hamar, gərgin, çəhrayı və sanki mumdan düzəldildiyi diqqətimizi çəkər. Yəni həmin maskasayağı sifət Kremlin kosmetoloji mətbəxində hazırlanıb. Bu sifətin gah düşünən, gah da döyüşkən bir forma almasına baxmayaraq, o, sadəcə maska olaraq qalır.
Putin çox yaxşı bilir ki, seçicilər Kreml hökmdarını Berserker (Skandinaviya əfsanəsində fövqəlbəşər gücə malik döyüşçü qəhrəman) obrazında görmək istəyir. Elə Putin də özünü məhz həmin obrazda aparır. Ancaq onu, hər yerdə keçərli olan bir qayda əsla qayğılandırmır. Bu qaydaya görə, əsl güc özünü sakit aprır, səs-küyü isə yalnız xuliqanlar salır.
Onun davranış manerasının necəliyindən asılı olmayaraq, Rusiya uzun müddətdir ki, 2015-ci olduğu kimi, zəiflik nümayiş etdirməyib. Ölkənin əsas gəlir mənbəyi olan neftin bir barelinin qiyməti 36 dollardır. Beləliklə də bugünkü Rusiya, vaxtilə Sovet İttifaqının dağılma ərəfəsində Moskvanın qarşılaşdığı təhlükəli həddə yaxınlaşır. Putinin ümid bəslədiyi kimi, neftin qiyməti növbəti ildə 50 dollara qədər yüksələ bilərmi? Bu sual açıq olaraq qalır.
- Yaxın Şərqin qum təpəliklərində
Putin çox çətin ki, seçicilərinə “seçkiqabağı hədiyyə” bəxş edə bilsin. Ona görə də, o, xarici siyasətə üstünlük verərək, bütün avtokratk qaydalara uyğun şəkildə xalqın başını “uyuşdurucu” qələbə bəyənatları ilə yükləmək istəyir. Amma yaxın günlər üçün hansısa qələbədən danışılması inandırıcı görünmür. Moskva öz hərəkətləri ilə qərb sərhədlərində hələ uzun müddət üçün Ukrayna timsalında düşmən qazanıb. Digər tərfədən isə bu istiqamətdə milyonlarla rublu “həzm edən” xeyli sayda hərbi qüvvə pəçimlənib ki, bu da hərbi resursların ayrı yerlərə bölünməsinə imkan vermir.
Suriyada isə Rusiyanı Yaxın Şərqin qum təpəliklərində quylanmaq təhlükəsi gözləyir. Həm də orada Rusiyanın mövcud status-kvonu dəyişmək imkanı olmadığı üçün, Putinin uğurlar barəsində danışması mümkün olmayacaq. Bu arada isə güc qazanan Çin Rusiyanın sevimli rolunu onun əlindən almağa hazırlaşır. Beləki, Çin Amerikanın rəqibi olmağa başlayır.
Rusiya zəifdir. Ancaq məhz elə həmin zəiflik narahatçılıq doğurur. Çünki belə vəziyyət rusları ağılsız hərəkətlərə sürükləyə bilər. Nəticədə isə hamıya ziyan dəyər. Bəs, Qərb hansı nəticəni çıxarmalıdır? Qorxutmaq, ya gərginliyin zəiflədilməsi?
Qərb hər şeyə hazır olmalıdır. Özünün qorxudulmasına imkan verməməli və eyni zamanda da danışıqlar aparmaq üçün özünü kimdənsə təcrid etməməlidir. Putin anlamalıdır ki, özünə əmin, lakin gərginliyin azaldılması naminə danışıqlara hazır olan qüvvə ilə üz-üzədir. O, başa düşməlidir ki, həmin qüvvə qətiyyən heç kimdən qorxmur, lakin sadəcə olaraq münaqişə istəmir. (Die Welt)
AzPolitika