SSRİ-də doğulmuş şəxslərə Rusiya vətəndaşlığı veriləcək

21-12-2015, 13:37           
Rusiyanın xarici işlər naziri Sergey Lavrov SSRİ-də doğulmuş insanların Rusiya vətəndaşı olmasına icazə veriləcəyini bildirib.

Ölkə.az xəbər verir ki, Rusiyanın XİN başçısı indiyə qədər bu məsələnin həll olunmamasının əsas səbəbi kimi Dövlət Dumasındakı bürokratik əngəli göstərib.

"Prezident Putin bu məsələdə bizi dəstəklədi. Biz belə bir təşəbbüslə çıxış etmişdik ki, Rusiya imperiyası və SSRİ-də doğulmuş şəxslərə, habelə onların övladlarına Rusiya vətəndaşlığı verilsin. Amma Dövlət Dumasında buna qarşı çıxdılar və dedilər ki, yalnız RSFSR-də doğulanlara Rusiya vətəndaşlığı verilsin. Biz hələ də bu istiqamətdə iş aparırıq və əminəm ki, biz bu sənədin qəbuluna nail olacağıq", deyə Lavrov bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.