Rusiyada Yeni il qabağı terror xəbərdarlığı edildi

22-12-2015, 20:45           
Rusiyada Yeni il qabağı terror xəbərdarlığı edildi
Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev Milli Antiterror Komitəsinin sədri Aleksandr Bortnikovdan xəbərdarlıq teleqramı alıb.

Sənəddə Yeni il bayramı günlərində terror aktı təhlükəsi barədə məlumat verilir.

Tuleyevin sözlərinə görə, teleqramda bütün ölkə ərazisində terror təhlükəsinin artdığı deyilir. “Rusiya ərazisinə müxtəlif növ terrorçular daxil olur. Məqsədləri isə insanların kütləvi toplaşdığı yerlərdə, daha dəqiqi Yeni il bayramları keçirilən yerlərdə terror aktı həyata keçirməkdir”, – deyə qubernator qeyd edib.(azadlıq.info)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.