Ukraynalı milyarder İqor Kolomoyski Odessa qubernatoru Mixail Saakaşvilinin sir-sifətlə dağıtmaqla təhdid edib.
Avropa.info xəbər verir ki, Kolomoyski onu satqınlığa görə əzməklə də hədələyib.
“Onu harada görsəm sir-sifətini dağıdacam. Elə ki, vəzifəsindən gedəcək, Saakaşvilini əzəcəm” – “Politico” jurnalına müsahibəsində belə deyib.
Bu iki şəxs arasında münaqişə Saakaşvilinin Odessa əyalətinə qubernator təyin edilməsindən sonra başlayıb. Saakaşvilidən əvvəl Odessada bu vəzifədə ukraynalı oliqarxın biznes ortağı İqor Palitsa otururdu. Palitsanın vəzifə səlahiyyətlərinin müddətinə iki ay qalsa da, Poroşenko onun yerinə Saakaşvilini təyin etdi.
“O, təzə gələndə bizə xoş sözlər yağdırırdı, bizlərin necə yaxşı olması haqda dayanmadan gürcü tostları deyirdi. Daha sonra o, birbaşa Poroşenkonun yanına gedərək Palitsanın yerinə təyin olunmasını xahiş etdi”
Kolomoyski Saakaşvilinin bu hərəkətini özünə qarşı “satqınlıq” sayır.