“Putinka” arağı siyasi böhrana səbəb oldu

22-12-2015, 21:22           
“Putinka” arağı siyasi böhrana səbəb oldu
Rusiyanın Litvadakı səfirinin Vilnüsün bələdiyyə başçısına Milad hədiyyəsi olaraq göndərdiyi “Putinka'” markalı araq bələdiyyə başçısı Simasısısı hirsləndirib.

Modern.az xarici mediaya istinadən bildirir ki, İnstagram hesabında araq şüşəsinin şəkilini paylaşan Simasius arağı qəbul etməyəcəyini söyləyib.

Bələdiyyə başçısı hadisəni böyütmək istəmədiyini, səfirin zarafat etmək istədiyini düşündüyünü, ancaq bunun müasir deyimlə yersiz olduğunu söyləyib.
Bələdiyyə başçısı deyib: “Hədiyyənin geri göndərilməsi etik olmasa da, amma bunu etməliyəm. Litvanın Vladimir Putinin siyasətlərini dəstəkləmədiyi açıqdır”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.