Çin Rusiya və Türkiyə arasındakı “təyyarə böhranı”nda Moskvanı dəstəkləyib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyi Su-24 bombardmançı təyyarəsinin Türkiyə tərəfindən vurulmasını “terrorizmlə mübarizədə itki” kimi qiymətləndirib.
“Vurulan rus təyyarəsi Suriyanın tələb etdiyi bir vəzifəni yerinə yetirirdi. Təyyarə Suriyada terrorçuların mövqelərini məhv edərkən vurulub. Bu, terrorizmlə mübarizə istiqamətində beynəlxalq səylər baxımından bir itkidir”, - Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hong Lei deyib.
Xatırladaq ki, Rusiya Hərbi Hava Qüvvələrinə aid Su-24 tipli bombardmançı təyyarəsi noyabrın 24-də Türkiyənin F-16 qırıcısı tərəfindən vurulub. Ankaranın iddiasına görə, rus təyyarəsi Türkiyənin hava məkanını pozub. Rusiya isə iddiaları rədd edir və təyyarənin Suriyanın hava sahəsində vurulduğunu bildirir.