“The Washington Times”: “Obama Putinə güzəştə getdi”

23-12-2015, 08:54           
“The Washington Times”: “Obama Putinə güzəştə getdi”
“ABŞ prezidenti Barak Obama açıq şəkildə bildirməkdə davam edir ki, Suriya prezidenti Bəşər Əsəd getməlidir. Amma Obama kulislərin arxasında başqa strategiyaya keçir”.

Publika.az xəbər verir ki, bu barədə “The Washington Times” nəşri yazıb.

Qeyd edilir ki, bu strategiyaya əsasən, Əsəd öz postunda saxlanılır və dünya daha ciddi təhlükəyə - İŞİD-ə qarşı birləşir.

Analitiklərin sözlərinə görə, keçən həftə BMT Təhlükəsizlik Şurasında Suriya barədə qətnaməyə ABŞ-ın səs verməsi Obamanın İran və Rusiyanın tələbləri qarşısında kapitulyasiyası kimi qəbul edilir. Qətnamədə Bəşər Əsəd xatırlanmırdı. İran və Rusiya təkid edir ki, Əsədə yaxın gələcəkdə hakimiyyətlə qalmağa icazə vermək lazımdır.

“Ağ Ev hesab etdi ki, Əsədlə əməkdaşlıq alternativ variantlar kimi pis deyil”, - Oklahoma Universitetinin analitiki Coşua Lendis bildirib.

Eyni zamanda, Dövlət Departamentinin nümayəndəsi Con Kirbi Əsədin taleyi ilə bağlı Moskvanın mövqeyinin məxfi şəkildə dəstəkləndiyi barədə iddiaları rədd edib.

Amma bu günlərdə ABŞ-ın dövlət katibi Con Kerri bildirib ki, ABŞ və onların müttəfiqləri Suriya rejimin dəyişməsinə cəhd etmirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.