İŞİD-dən İraq gözəlinə ŞOK hədə - `Ya bizimlə yatacaqsan, ya torpaqda`
23-12-2015, 12:20
İŞİD-in döyüşçüləri İraqın ən gözəl qızı seçilmiş 20 yaşlı Şayma Qassım Ədbülrəhmana zəng vuraraq, onu hədələyiblər.
İŞİD-çilər qıza bildiriblər ki, ya seks-cihada qoşulmalıdır, ya da öldürüləcək. Başqa sözlə desək, sağ qalmaq üçün İŞİD üzvlərinə intim xidmətlər göstərməlidir.
Beləliklə, indi “Miss İraq” gizlənməyə məcburdur. Halbuki, 2 gün əvvəl ölkədə onu “İraqın normal həyata qayıtmasının simvolu” adlandırırdılar.
Qeyd edək ki, İraqda 1972-ci ildən bəri, yəni 43 il idi ki, gözəllik müsabiqəsi keçirilmirdi.