ŞOK!! Benzinə əlvida - "Toyota" təmiz hidrogenlə işləyən maşınların seriya buraxılışına başlayır VİDEO
23-12-2015, 13:24
teref.az xarici mətbuata istinadən xəbər verir ki,Yaponiya maşınqayırma nəhəngi "Toyota" dünyada ilk hidrogen mühərrikli avtomobillərin seriya buraxılışına start verib. Yeni sedan «Mirai» təmiz hidrogenlə işləyir və ziyanlı tüstü əvəzinə təmiz su istehsal edir. Konstruktorların sözünə görə bir bak yanacaq 650 km bəs edir. Təzə avtomobil Yapöoniyada 60 000 dollara satılacaq. Lakin yeni sedan alanlara Yaponiya hökuməti 17 000 dollar subsidiya verəcək. Bir bak yanacaq sürücüyə 0.1 dollara başa gələcək.
Yaxın zamanlarda hidrogen avtomobilləri bazarına Honda firmasıda öz FCV modeli ilə girmək planlayır.