Ruslar azərbaycanlılar olan düşərgəni bombaladı (FOTO)
24-12-2015, 09:24
Rusiya aviasiyasının vurduğu raket zərbələri nəticəsində Suriya müxalifətinin məşq düşərgəsi məhv edilib.
ANS PRESS-in məlumatına görə, aviazərbələr əsasən Suriyanın İdlib əyalətinə vurulub.
Verilən xəbərə görə, bu ərazidə qərbyönümlü Suriya müxalifətinin böyük məşq düşərgəsi yerləşir. Bu düşərgədə əsasən Türkiyədən və keçmiş MDB ölkələri Azərbaycan,Özbəkistan və Tacikistandan gələn döyüşçülər ilkin hazırlığ keçir. Ruslar həmin düçərgənin İŞİD-ə aid olduğunu iddia edirlər.
General-mayor İqor Konaşenkov
"İdlib əyalətinin Xabit məntəqəsində yerləşən terrorçuların böyük məşq düşərgəsi “Su-34” bombardmançısı tərəfindən məhv edilib. Burada Suriyayla qonşu ölkələrdən gəlmiş böyük miqdarda təcrübəli təlimatçı və döyüşçülər təlim keçir. Bu düşərgə olanların əsasən Türkiyədən və keçmiş MDB ölkə vətəndaşları olması haqqında informasiya bir həftə əvvəl vətənpərvər Suriya müxalifətinin nümayəndələri tərəfindən daxil olub", - deyə Rusiaya Müdafiə Nazirliyinin spikeri general-mayor İqor Konaşenkov bildirib.
İŞİD terror qruplaşmasının tərkibində on beş minə yaxın keçmiş MDB ölkə vətəndaşının olduğu bildirilir. Rusiya tərəfi qəbyönümlü Suriya müxalifətini vurmaq üçün bu məlumatdan istifadə edir. Hazırda Suriyanın bir hissəsinə İŞİD tərəfindən nəzarət edikir. Qruplaşmaya qarşı ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı və qərb ölkələrindən ibarət koalisiya yaradılıb. Türkiyənin də daxil olduğu koalisiya qüvvələri terrorçularla mübarizə aparmaq məqsədilə Suriyada hərbi əməliyyatlar həyata keçirirlər. Ruisiya isə qəbyönümlü Suriya müxalifətini vurmaqla guya İŞİD-i vurduğunu iddia edir.
Suriyanın İdlib əyaləti xəritədə
Koalisiya qüvvələri ilə əks cəbhədə olan Rusiya da İŞİD-lə mübarizə adı altında Suriyada əməliyyatlar keçirir. Bəşər Əsədin hakimiyyətdən getməsini tələb edən Qərdən fərqli olaraq Rusiya hakimiyyəti Bəşər Əsədi dəstəkləyir.