Yeni ili qeyd etməyi qadağan edən ölkələrin sayı üç oldu

24-12-2015, 13:48           
Yeni ili qeyd etməyi qadağan edən ölkələrin sayı üç oldu
Dünyanın üç ayrı müsəlman ölkəsində yeni ili bayram kimi qeyd etmək dövlət səviyyəsində qadağan olunub.

Avropa.info xəbər verir ki, Asiyada Bruney krallığı və Tacikistan, Afrikada isə Somalidə yeni ili qeyd etmək qadağan olunub.

Bruneydə xalqın böyük hissəsinin müsəlman olduğunu vurğulayan Sultan Həsən əl-Bəlqiyyə ölkədə yeni ili qeyd etməyi İslam ənənəsinə zidd olduğu səbəbi ilə qadağan edib. Qadağaya məhəl qoymayaraq yeni ili qeyd edən şəxsləri isə 5 il həbs cəzası gözləyir.

Tacikistanın Təhsil Nazirliyi tərəfindən ictimaiyyətə təqdim olunan bir sərəncamda da milad bayramı münasibəti ilə ağac bəzəməyin və fişənglərlə yeni ili qeyd etməyin qadağan edildiyini açıqlayıb.Yeni ili qeyd edənlərə veriləcək cəzalar haqqında isə Tacikistan hökuməti hələ ki, bir açıqlama verməyib.

Xatırladaq ki, Somali hökuməti də yeni il bayramını qeyd etməyi xristian adəti olduğu üçün qadağan etmişdi.
Somalinin Din İşləri Nazirliyi yeni il bayramının İslam mədəniyyətinə zidd olduğunu, bunun müsəlman cəmiyyətin inancını sarsıdacağını açıqlamışdı.

Somalidə bundan başqa hüquq mühafizə orqanlarına yeni ili qeyd edənlərə müdaxilə etmək hüququ verilib. Ölkədə otel və əyləncə mərkəzləri güclü nəzarətdə saxlanılacaq. Somalidəki xristianların isə bayramlarını evlərində qeyd etmələrinə icazə verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.