KİV: “Rusiya genişmiqyaslı savaşa hazırlaşır”
25-12-2015, 14:08
Rusiyanın müdafiə və silahlı qüvvələrin modernizasiyası xərclərini artırması Putinin genişmiqyaslı müharibəyə hazırlaşmasından xəbər verir.
Axar.az xəbər verir ki, bu iddia ilə “Nyu York Tayms” qəzeti çıxış edib. Qəzet bu müharibənin əsasən sülhməramlı əməliyyatlar və ya qiyamçılarla mübarizə adı altında aparılacağını bildirib:
“2015-ci ildə Rusiyanın müdafiə xərcləri 11 milyard dollar artıb. 2020-ci ilə qədər Rusiya öz silahlarının 70%-ni modernizasiya etmək niyyətindədir. Lakin gələcəkdə xərclərin artırılması imkanları Qərbin sanksiyaları və neftin qiymətlərinin ucuzlaşması ucbatından müəyyən qədər azalıb. Bu ilki hərbi təlimlərə Rusiya 100 min hərbçi, 12 min ağır texnika, 65 hərbi, 15 sualtı gəmi və 220 təyyarə cəlb edə bilib. Üstəlik, Moskva Arktikada yeni hərbi bazalar tikir. Rusiyanın bu ərazilərdə aktivliyinin artması daha çox iqlim dəyişikliyi ilə əlaqədardır. Moskva bundan istifadə etməyə və dəniz ticarət yollarını, neft və qaz yataqlarını qorumağa çalışır. Buzların əriməsi onlara çıxış imkanlarını artırır”.