Rusiyada Türkiyəyə görə həyəcan başladı - Xəbərdarlıq

26-12-2015, 01:21           

Rusiyanın iş adamlarına xəbərdarlıq məktubu göndərilib.

Axar.az xəbər verir ki, Rusiya Federal Antiinhisar Xidməti tərəfindən göndərilən məktubda Türkiyədən gətirilən qida məhsullarına sanksiya tətbiq edildiyi üçün rusiyalı iş adamlarına qiymətləri artırmamaq barədə xəbərdarlıq edilib.

Qiymətlərin artırılmaması üçün Rusiya şirkətlərindən qərarlar qəbul olunması və dəstəklənməsi tələb edilib.

Qeyd edək ki, Türkiyədən gətirilən qida məhsullarına tətbiq edilən sanksiya gələn ilin yanvar ayının 1-dən qüvvəyə minir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.