Rusiya müxalifət liderini öldürdü - VİDEO

26-12-2015, 01:31           

Suriyanın ən böyük müxalif qruplarından olan İslam Ordusunun komandiri Zehran Alluş paytaxtı Dəməşqdə təşkil edilən hava hücumu nəticəsində həlak olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hava hücumu Rusiya qırıcıları tərəfindən həyata keçirilib.

Məlumata görə, hücum anında Zehran Alluş İslam Ordusunun yüksək rütbəli komandirləri ilə təşkilatının qərargahında görür keçirirmiş. Yerli mənbələr bildirir ki, aviazərbənin endirildiyi vaxt qırıcının səsi eşidilməyib. Bu isə qırıcının yüksək hündürlükdən zərbə endirdiyi təxmin etməyə əsas verir.

Rusiyanın “Sputnik” xəbər agentliyi də hücumun Rusiya tərəfindən həyata keçirildiyini təsdiqləyib.

Qeyd edək ki. Alluş 2009-cu ildə rejim tərəfindən azadlıqdan məhrum edilmişdi. Bəşər Əsədin 2011-ci ildə verdiyi əfvdən faydalanan Alluş Səudiyyə Ərəbistanında olan atasının dəstəyi ilə İslam Ordusunu qurub. Rejimə qarşı döyüşən təşkilat Dəməşqin bir sıra bölgələrdə əhəmiyyətli qələbələr qazanıb.

Dəməşq yaxınlığındakı ən güclü silahlı təşkilat olan İslam Ordusunun bölgədə minlərlə döyüşçüsü var.

“Reuters” agentliyinə danışan iki döyüşçü hücumda İslam Ordusunun ikinci adı olan Felak əl-Rahmanın ağır yaralandığını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.