Ukrayna Təhlükəsizlik Xidməti (UTX) bəyan edib ki, diplomatik toxunulmazlığının olması ilə əlaqədar Rusiya prezidenti Vladimir Putini saxlaya bilməzlər.
Bu barədə AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verir.
“Ukrayna qanunvericiliyinə əsasən, Rusiya prezidenti və baş nazirinin toxunulmazlıq hüququ var və ona görə mövcud qanunvericiliyə əsasən biz bu şəxsləri saxlaya bilmərik”, - deyə UTX-nin yaydığı məlumatda qeyd olunur.
UTX, həmçinin qeyd edib ki, Putin və digər yüksək rütbəli rus məmurların Krımına səfər etməsini mane ola bilməzlər, çünki, yarımada müvəqqəti olaraq işğal altında olan ərazidir.