Tramp sosial şəbəkələrin nizama salınması haqqında fərman imzaladı

29-05-2020, 02:54           
Tramp sosial şəbəkələrin nizama salınması haqqında fərman imzaladı
ABŞ prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin işinin nizama salınması ilə bağlı fərman imzalayıb."Report"un məlumatına görə, bu barədə Ağ Evə istinadən "Reuters" xəbər verib.

Qeyd edək ki, daha əvvəl ABŞ administrasiyasının rəhbəri bildirib ki, ölkədə sosial şəbəkələrin fəaliyyəti məhdudlaşdırıla, hətta dayandırıla bilər.

"Respublikaçıların fikrincə, sosial media platformalarında mühafizəkar səslər bütövlükdə susdurulur. Biz belə bir şeyin baş verməsinə yol verməkdənsə, onları ciddi tənzimləyər, yaxud bağlayarıq", - Donald Tramp bildirib.

ABŞ-ın "Facebook" şirkətinin rəhbəri Mark Zukerberq isə bunun əleyhinə çıxıb. O, qeyd edib ki, bu, senzuraya gətirib çıxara bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru