Braziliyada bir gündə koronavirusa yoluxanların sayında antirekord qeydə alınıb

30-05-2020, 05:38           
Braziliyada bir gündə koronavirusa yoluxanların sayında antirekord qeydə alınıb
Braziliyada son bir gün ərzində yeni növ koronavirus infeksiyasına yoluxanların sayına görə növbəti ən yüksək göstərici qeydə alınıb. Belə ki, son 24 saat ərzində COVID-19 infeksiyasına 26 928 nəfər yoluxub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da koronavirusa yoluxanların sayı 465 166 nəfərə çatıb.

Bundan başqa, ötən sutka ərzində Braziliyada daha 1 124 nəfər COVID-19 xəstəliyindən həyatını itirib.

Ölkə üzrə müalicə alan 27 878 xəstə vəfat edib, 190 minə yaxın pasiyent isə sağalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru