Rusiya Həftəri əvəzləməyə hazırlaşır? Yeni namizədin adı açıqlandı

30-05-2020, 17:36           
Rusiya Həftəri əvəzləməyə hazırlaşır?
Rusiyanın "Vaqnerin özəl hərbi şirkət” muzdlularının ön cəbhələrdən çəkilməsi, paytaxt Tripoli ətrafındakı hücumun tez bir zamanda çökməsinə səbəb olub.

Cebhe.info xəbər verir ki, “Vaqner” muzdlularının Tripolidəki ön cəbhələrdən geri çəkilməsi ağıllara bu addımın həqiqi bir çəkilməmi, yoxsa taktiki gediş olduğu sualını gətirib.

Liviya hökuməti ölkənin qərbindəki Zuvara şəhərindən 50 kilometr cənubda və Tripolidən təqribən 140 kilometr cənub-qərbdə Həftər hərbçiləri strateji əhəmiyyətli Vətiyyə hərbi bazasından çıxarıldıqdan sonra, üsyançı generalın digər qüvvələri ölkənin qərb hissəsində itki verməyə başlayıblar.

Həftənin sözçüsü Əhməd əl-Mismari Tripolinin cənubunda yeni mövqelərə yerləşdirildiklərini və hər cəbhədən 2-3 kilometr geri çəkildiklərini açıqlayıb.

“Vaqner” muzdlu döyüşçülərinin toplu şəkildə Tripolidən 180 kilometr cənub-şərqində, Beni Vəlid hava limanına çəkildiklərini nümayiş etdirən görüntülərin ortaya çıxması ilə Mismarinin açıqlama verərkən bu addımın tam mənası ilə geri çəkilmə olmadığı, ancaq "taktiki manevr" olduğu ilə bağlı söylədiyi fikirlər inandırıcı olmayıb.

Digər tərəfdən, Liviyanın nüfuzlu tayfalarından olan Verfalli qəbiləsinin Beni Vəlid şəhərindəki liderlərinin Rusiya muzdlularının və Həftər qüvvələrinin onların şəhərində qalmalarına qarşı çıxmaları səbəbi ilə “Vaqner”ə məxsus muzdlular mayın 24-dən etibarən hava yolu vasitəsiylə naməlum istiqamətə köçürülublər.

Beni Velidə çəkilən hərbçilərin sayının 1500-dən çox olması və şəhərdəki qəbilə təzyiqinin artması səbəbindən hava nəqliyyatında çatışmazlıqlar yaranıb. Bundan sonra Həftər qüvvələri və “Vaqner”ə mənsub muzdlular bu dəfə 26 mayda Rusiya istehsalı olan 4 “Pantsir” havadan müdafiə sistemiylə və yüzlərlə nəqliyyat vasitəsilə quru yolu ilə ölkənin qərbindən çəkiliblər.

Yerli mənbələr Həftər qüvvələri və muzdluların Liviyanın mərkəzi hissəsində, Tripolidən 650 kilometr cənubda yerləşən Cufra hava bazasına geri çəkildiyini bildirərkən, ABŞ Afrika Qüvvələri Komandanlığının (AFRICOM) Rusiyanın “Vaqner” muzdlu qüvvələrini dəstəkləmək üçün Liviyaya göndərdiyi döyüş təyyarələrinin görüntülərini sözügedən geri çəkilmə ilə eyni zamanda paylaşması diqqət çəkib.

“Vaqner”in Liviyadan geri çəkilməsi Rusiyanın bu torpaqları tərk etməsi suallarını da doğurub.

Rusiyanın Liviyaya bu qədər asanlıqla çıxmaq üçün girmədiyi fikrini müdafiə edənlər “Rusiya Liviyadan çıxacaq olsaydı niyə ora dördüncü nəsil 14 ədəd hərbi təyyarə göndərirdi?” sualını verirlər. Əlcəzairin “soyuq müharibə” dövrü prezidentlərindən Huari Bumedyenin ruslardan bir hərbi dəniz bazası istəməsinə cavab olaraq Rusiyanın “Ruslar bir yerə girdisə, oradan əbədiyyən çıxmazlar” sözləri ilə bu istəyi rədd etməsi Şimali Afrika coğrafiyasının ortaq yaddaşında təzəliyini qoruyur.

Aralıq dənizinin cənubunda bir Rusiya hava və ya dəniz bazasının qurulması Moskvanın uzun müddətdir qarşısına qoyduğu hədəflər arasında göstərilir.

Fransanın Həftər tərəfdarı münasibəti ilə ümumi bir Avropa siyasətini çətinə saldığı, ABŞ-ın qarşıdakı seçkilərə fokuslandığı və beynəlxalq nizamın da qlobal epidemiya ilə məşğul olduğu bir zamanda Liviya Rusiyanın NATO-nu Aralıq dənizinin cənubundan mühasirəyə alması üçün tarixi bir fürsət sayılır.

Rusların hazırda Liviyadan çəkilməsi şişirdilmiş bir ümid kimi görünür. “Fəqət”, “Vaqner” muzdlu döyüşçülərinin paytaxtın cənubundan ayrılmasının, Həftərə rusların dəstəyi olmadan Liviya hökumət qüvvələri qarşısında Tripoli hücumunun uğurlu olma şansının mümkünsüzlüyünü göstərərək, üsyançı generala Moskvanın şərtlərini qəbul etdirmək məqsədi daşıdığı bildirilir.

Xatırladaq ki, 2016-cı ildə Rusiya Suriyadakı Bəşər Əsəd rejiminə də eyni şəkildə yaxınlaşdı və qoşunlarının ölkədən qismən çəkildiyini elan edərək rejimə təzyiq göstərdi.

Moskva rəhbərliyi Həftərin özünü Liviyanın tək hakimi elan etməsini qəbul etməmişdi. Eyni zamanda Həftər tərəfdarı olan Nümayəndələr Palatasının sədri Aqilə Saleh, vəziyyətin uçurumun astanasında olduğunu bildirərək, rusların aprel ayının sonunda Həftər ilə əlaqə qurduğunu söyləyib və üsyançı generalın atəşkəs istəməsini tapşırıb.

Ərəb mətbuatı “Vaqner”lə Həftər arasında ödəniş məsələsində problemlər yarandığı, “Vaqner”in Tripoliyə girə bilməməsi səbəbilə üsyançı generalın hərbi qüvvələrinə güvəninin sarsıldığı, muzdlular arasında çox sayda itki olduğuna və ölənlərin ailələrinə ödənməli olan əlavə bir xərc yarandığına dair məlumatlar yayılıb.

Həftərin dəfələrlə ölkənin qərbində uğradığı məğlubiyyətlər ölkənin şərqindəki nüfuzuna da zərbə vurub.

Barka bölgəsindəki tayfalar, Ruslar tərəfindən Həftərə alternativ olaraq etibarlı bir müttəfiq şəklində Aqilə Saleh ətrafında toplaşmağa başlayıblar. Həftərin hələ Vətiyyə hərbi bazasındakı məğlubiyyəti üzə çıxmazdan əvvəl öz tərəfdarlarını küçəyə çıxararaq elan edilən çevriliş cəhdinin arxasında Aqilə Salehin ruslarla daha yaxından təmasa keçməsinin olduğu bildirilir. Aqilə Salehin qondarma Liviya Milli Ordusunun Baş Qərargah rəisi Abdurrazik en-Nazuri və Hərbi Hava Qüvvələrinin komandanı Sakr əl-Carushi ilə birlikdə Həftərin olmadığı bir toplantıda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşməsi, Rusiyanın “Vaqner”in dəstəyilə üsyançı generalın yerinə Aqilə Salehi gətirmək niyyətində olduğunu göstərir.

Nəticə olaraq ABŞ-ın Rusiyanın Liviyadakı varlığını İŞİD-dən daha təhlükəli görməsinə rəğmən “Vaqner”in bu ərazilərdən tamamilə çıxması hazırda uzaq bir ehtimal olaraq görülür. Rusiyanın Aqilə Salehi Həftərə qarşı çıxarma planında “Vaqner” hərəkətverici qüvvə rolunu oynaya bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.