Ukrayna prezidentinin ötən ilki gəliri açıqland ı- 1 milyon dollardan çox qazanıb

31-05-2020, 00:00           
Ukrayna prezidentinin ötən ilki gəliri açıqland ı-
Ukrayna Prezidenti Vladimir Zelenski və ailə üzvləri 2019-cu il ərzində 1 milyon ABŞ dollarından çox qazanıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat xidməti bildirib.

“Bəyannaməyə əsasən 2019-cu il dövlət başçısının və ailəsinin gəlirləri 28 602 468 qrivna (təxminən 1,06 milyon ABŞ dolları – red) təşkil edib”, – xəbərdə deyilir.

Qeyd edilir ki, ötən il Zelenski ailəsi ölkə büdcəsinə 3,6 milyon qrivna vergi ödəyib.

“Dövlət başçısının 2019-cu ilin may-dekabr ayları üzrə maaşının məbləği 208 787 qrivna (demək olar ki, 7,8 min ABŞ dolları) təşkil edib”, – mətbuat xidmətində qeyd ediblər.

Zelenski daha əvvəl bildirib ki, prezident vəzifəsi onun məsuliyyəti və insanların həyatını yaxşılaşdırmağa kömək etmək imkanı ilə xoşuna gəlir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru