Kim Çen In zənglərə cavab vermir

10-06-2020, 00:00           
Kim Çen In zənglərə cavab vermir
Şimali Koreya həm də düşməni saydığı qonşusu Cınubi Koreya ilə danışıqları davam etdirməkdə maraqlı deyil.

KXDR lideri Kim Çen In telefon zənglərinə cavab vermir. Ümumiyyətlə, Cənubi Koreyanın hərbi kanallarla belə, əlaqə saxlamaq imkanları qalmayıb.

Bizimyol.info xəbər verir ki, Şimali Koreyanın Keson şəhərindəki ikitərəfli telefon əlaqəsi bürosundan cavab almaq olmur. Halbuki liderlərin görüşündə məhz belə əlaqə vasitəsi seçilmişdi. Keson şəhərindəki büro uyğun variant sayılmışdı.

Pxenyandan yalnız bir rəsmi açıqlama gəlib. Şimalikoreyalılar iddia edir ki, Cənubi Koreya bu ölkəyə hökumət əleyhinə təbliğat vərəqələri göndərir, buna görə də əlaqə dayandırılıb.

Hazırkı qlobal böhrana qədər Kesonda tərəflərin diplomatik görüşləri baş tuturdu. Sonradan telefon əlaqəsi ilə kifayətlənməli olmuşdular.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.