Kiyevdə Azərbaycan çağırışı: “Putinin əlaltısı olanlar…”

15-07-2020, 12:49           
Kiyevdə Azərbaycan çağırışı: “Putinin əlaltısı olanlar…”
Kiyevdə fəaliyyət göstərən “Ukrayna Zirehi” (“Ukrainskaya Brona”) şirkətinin direktoru Vyaçeslav Nalvayko Ermənistan-Azərbaycan sərhədlərində baş verən son olaylarla bağlı çağırış edib.

Teleqraf.com xəbər verir ki, şirkət rəhbəri müraciətində Ermənistanın Rusiya tərəfindən Azərbaycana qarşı qızışdırıldığı bildirilib.

“Əziz həmvətənlər! Rusiya tərəfindən qızışdırılan Ermənistan Azərbaycana hücum edib. Hücumun motivləri nə olub - Ərdoğana təzyiqdirmi və ya əhalinin (Ermənistanda) narazılığını yayındırmaqmı? Vacib deyil. Biz anlamalıyıq ki, Putinin əlaltıları elə onun tayıdır. Təəssüf ki, yenə də qan tökülür. Özünü Azərbaycana dost sayan hər kəsi iyulun 16-da Azərbaycanın Ukraynadakı səfirliyi qarşısında Azərbaycan xalqının haqlı savaşına dəstək tədbirinə dəvət edirik”, - Nalvayko qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.