Ukrayna ordusunun ən böyük çatışmazlığı budur

30-06-2025, 00:08           
Ukrayna ordusunun ən böyük çatışmazlığı budur
Ukraynanın istehsalına başlamağı planlaşdırdığı "Sapsan" ballistik raketinə artıq cəbhədə yüksək tələbat var, çünki taktiki dərinlikdə güclü zərbə vasitələrinin çatışmazlığı kəskin şəkildə hiss olunur.

Bu barədə Ukraynanın hərbi-analitik qrupu “Frontelligence İnsight”in analizində bildirilib.

Qeyd olunub ki, böyük kamikadze dronlar belə hədəfləri məhv etmək üçün yararsızdır, çünki onların döyüş başlıqları zəifdir və uçuş sürəti aşağı olduğundan düşmən təhdidə cavab vermək üçün vaxt tapır.

“Rusiyanın istifadə etdiyi yaxın mənzilli raketlər – məsələn, “İsgəndər”lər, eləcə də Şimali Koreyaya məxsus KN-23 və KN-24 raketləri isə bu problemi öz tərəflərində aradan qaldırmağa kömək edir”, - təhlildə vurğulanıb.


Mənbə: olke.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru