Tehran beynəlxalq və tranzit uçuşlar üçün hava məkanını açıb

30-06-2025, 00:09           
Tehran beynəlxalq və tranzit uçuşlar üçün hava məkanını açıb
İranın mərkəzi və qərb ərazilərinin bir hissəsinin hava məkanı yalnız beynəlxalq və tranzit uçuşlar üçün açılıb.

İndex.az TASS-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Yollar Və Şəhər Inkişafı Nazirliyinin nümayəndəsi Məcid Əhvan məlumat verib.

Onun sözlərinə görə, bu addım Mülki Aviasiya Təşkilatının koordinasiya komitəsinin qərarına və hazırkı şəraitdə təhlükəsizlik mülahizələrinə uyğun olaraq atılıb.

Qeyd edilib ki, mərkəzi hava məkanı daxili, beynəlxalq və tranzit uçuşlar üçün istifadə olunan ölkənin şərq hissəsinin hava məkanına əlavə olaraq açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru