300 milyard dollarlıq təklif
20-01-2016, 14:18
İrandan Türkiyəyə çağırış. Türkiyə ilə dostluq münasibətlərini inkişaf etdirməyin önəmli olduğunu qeyd edən İranın Ankaradakı səfiri Əli Reza Bikdeli türk iş adamlarını 300 milyard dollarlıq enerji sərmayələrində iştiraka dəvət edib.
O, sanksiyalaçrın aradan qaldırılmasının İran istisadiyyatına təsiri və bunun iki ölkə arasınd akı münasibətlərə əksinindən danışıb. Onun sözlərinə görə, İran rəhbərliyinin dəyəri 300 milyard dollara çatan neft və qazla bağlı layihələrinə türk firmaları da qatıla bilər. Siyasi münasibətlərin qorunması üçün göstərilən diqqət iqtisadi sahədədə müsbət təsirlərini göstərə bilər.
"İran xalqı türk iqtisadiyyatına və xalqına hər zaman hörmətlə yanaşır. Bizim sanksiyalardan aldığımız dərs qonşularımızla qura biləcəyimiz əlaqələrdir. Çünki qonşuları ilə güclü əlaqələri olmayan ölkələr düşmənlərinin sanksiyaları və hədə qorxularından dolayı sıxıntı yaşaya bilər”.
Hal-hazırda İran iqtisadiyyatı üçün ən vacib rolu enerji sahəsinin oynadığını bildirən səfir İran və Türkiyənin bu sahədə uğurlu iş birliyi quracağından əminliyini vurğulayıb.
"Aİ ölkələri öz aralarında iqtisadi əlqələri gücləndirməyə çalışdığı kimi Türkiyə və İran da buna səy göstərməlidir”, deyə səfir bildirib.