Ulduz üçbucağında qalmaqal: Selena Qomes və Heyli Biber virtual əlaqəni kəsdilər

21-06-2025, 12:58           
Ulduz üçbucağında qalmaqal: Selena Qomes və Heyli Biber virtual əlaqəni kəsdilər
Məşhur ifaçı Selena Qomes və model Heyli Biber sosial şəbəkələrdə bir-birilərini izləməyi dayandırıblar. Bu addım isə Castin Biber və Heyli Biber arasında yayılan boşanma şayiələrini bir qədər də alovlandırıb.

Bu barədə məlumatı "Tribune" nəşri yayıb.

Bildirilir ki, Qomes və Biber bu dəyişikliklə bağlı heç bir rəsmi açıqlama verməsələr də, sosial media istifadəçiləri baş verənləri təsadüf hesab etmirlər.

Pərəstişkarların fikrincə, bu addım Heyli ilə reper Castin Biber arasında yaşanan gərginliklərin və yayılmış xəyanət iddialarının təsiri ilə atılıb. Xatırladaq ki, bir müddət əvvəl Castin Biber Heylini xəyanətdə ittiham etmişdi.

Qeyd edək ki, Selena Qomes 2010-2018-ci illər ərzində məşhur müğənni Castin Biberlə münasibətdə olub. Bu illər ərzində cütlük dəfələrlə ayrılıb və barışıb, lakin münasibətləri sonda birdəfəlik başa çatıb. Daha sonra Castin Heyli Biberlə ailə qurub və bu nikahdan cütlüyün bir övladı dünyaya gəlib.

Selena Qomesin şəxsi həyatı da gündəmdən düşmür. Bu il o, musiqiçi və prodüser Benni Blanko ilə nişanlandığını açıqlayıb. Lakin Qomesin etirafına görə, bu qərarı vermək onun üçün asan olmayıb - o, uzun illər Castinlə yaşadığı münasibətin kölgəsindən çıxa bilmədiyini və nişanı aylarla təxirə saldığını bildirib. İfaçı həmçinin əlavə edib ki, bəzi insanlar onu Castinin ata olması fonunda diqqət çəkməyə çalışmaqda ittiham edə bilərlər deyə narahatlıq keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru