Rusiya iqtisadiyyatının aşağı həddi 24 dollar - "Qiymət 24 dollara düşərsə, işləri dayandıracam"

21-01-2016, 20:18           
Rusiya iqtisadiyyatının aşağı həddi 24 dollar - "Qiymət 24 dollara düşərsə, işləri dayandıracam"
Rusiyanın ən böyük özəl şirkəti sayılan "Lukoyl"un prezidenti Vahid Ələkbərov neftin qiyməti ilə bağlı önəmli açıqlama verib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Azərbaycan əsilli biznesmen "Rossiya 24" telekanalına müsahibəsi zamanı "qara qızıl"ın 24 dollardan aşağı düşəcəyi halda neft hasilatı ilə bağlı layihələrin dondurulacağını deyib.

"Hesab edirəm ki, neftin qiyməti ilə bağlı ən aşağı hədd 24 dollardır.

Bütün analitiklər də göstərirlər ki, neft bundan ucuz olarsa, bütün neft layihələri dayandırılacaq. Təbii ki, mən də "Lukoy"l-un fəaliyyətdə olan layihələrini dayandırmalı olacam".

Vahid Ələkbərov, həmçinin neft şirkətlərinin əlində pul qalmadığını demişdi və bütün vəsaitlərin Rusiya sənayesinin inkişafına və investisiyalara xərclənməsindən gileylənmişdi.
teref.az - Beləliklə Rusiya yetkililərinin neftin 15 dollara qədər düşəcəyi halda belə Ruisya neft şirktlərinin gəlirlə işləyəcəyi barədə verdikləri gürultulu bəyanatların boş szö yığını olduğu sübut olundu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.