Kanada ABŞ-dakı seçkilərə müşahidəçi göndərməyəcək

3-11-2020, 04:56           
Kanada ABŞ-dakı seçkilərə müşahidəçi göndərməyəcək
Kanadalı müşahidəçilər 3 noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etməyəcək.

“Report” xəbər verir ki, bu barədə “TASS”ın müxbirinə Kanada Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Kanada seçki müşahidəçilərini ABŞ-a göndərməyəcək.

Qeyd edək ki, 3 noyabr tarixində ABŞ-da keçiriləcək ümumi seçkilərdə prezident və vitse-prezident, 35 senator, Nümayəndələr Palatasının 435 üzvü, 13 əyalət və ərazi qubernatoru və yerli hökumət seçiləcək.

İndiki dövlət başçısı Donald Tramp (Respublikaçı) və demokrat Co Bayden prezidentlik uğrunda mübarizə aparır. ABŞ-ın yeni prezidentinin andiçmə mərasimi 2021-ci il yanvarın 20-də olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru