Çinlə müharibəyə yaxınlaşırıq! - ABŞ-da bəyan ediblər

3-11-2020, 04:06           
Çinlə müharibəyə yaxınlaşırıq! - ABŞ-da bəyan ediblər
Amerika Birləşmiş Ştatları (ABŞ) və Çin qaçılmaz toqquşmaya doğru istiqamət götürüblər. Bu fikri «Foreign Affairs» jurnalında dərc olunmuş məqaləsində tanınmış amerikalı politoloq Kristofer Leyn ifadə edib.

O, hesab edir ki, Pekinlə Vaşinqton arasındakı münasibətlər Birinci Dünya Müharibəsi ərəfəsində Almaniya ilə Böyük Britaniya arasındakı qarşıdurmaya bənzəyir.

Ekspertin sözlərinə görə, Çinlə müharibədən qaçmaq üçün görünür, ABŞ Tayvana verdiyi zəmanəti korrektə etməli və bu adaya yönəlik Çin siyasətini tanımalı olacaq.

Bundan başqa, Leyn bildirib ki, Amerika tərəf bütün dünyaya, o ümlədən, Çinə liberal dəyərlər sırımaqdan əl çəkməlidir. Onun fkrincə, bu, gərginliyin aşağı salınmasına imkan verərdi. Ancaq o, əmindir ki, Ağ Ev heç vaxt belə addım atmaz, nədən ki, bu, faktiki olaraq, ABŞ-ın dünyada dominantlığının sonu olardı.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru