Makron “nala-mıxa vurur” – “Ölkəmizdə heç bir dinlə problem yoxdur”

3-11-2020, 05:08           
Makron “nala-mıxa vurur” –
Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, ölkəsində müsəlmanlara digər dinlərin nümayəndələrinə olan münasibət var və onlar sərbəst şəkildə öz dinlərinə sitayiş edə bilərlər.

«Bizim ölkəmizdə heç bir dinlə problem yoxdur, Fransada müsəlmanlara münasibət digər konfessiyaların nümayəndələrinə olan münasibətlə eynidir. Müsəlmanlar öz dinlərinə azad şəkildə sitayiş edə bilərlər» - deyə, Fransa prezidenti «Əl-Cəzirə» telekanalına müsahibəsində bildirib.

O, dəqiqləşdirib ki, Fransada qanunvericilik səviyyəsində rasizmin, millətçiliyin və şovinizmin hər hansı formasına yol verilmir.

Ancaq Madlen oğlu Makron bu zaman ölkəsində islam dinindən (müsəlmanlardan) savayı heç bir dinə və ya heç bir müqəddəsə karikatura çəkilmədiyi faktı üzərindən sükutla keçib.

Qəribədir ki, ölkəsində din azadlığından dəm vuran Makron digər tərəfdən qeyd edib ki, Fransa hakimiyyəti ölkə qanunlarının din adından pozulmasına imkan verməyəcək, o cümlədən, cinslərin bərabər hüququnun pozulmasına yol verməyəcək. Buradan dolayısı ilə belə nəticə çıxır ki, Fransa hakimiyyəti ölkədə islam dini və müqəddəslərinin karkaturasının çəkilməsinə göz yumacaq. Çeçenistan başçısı Kadırovun təbiri ilə desək, belə yanaşma Fransada müsəlmanları təxribatçılara qarşı cinayət törətməyə təhrik etməkdən başqa bir davranış deyil.

Digər tərəfdən, karikatura çəkmək elə şərəfli və faydalı bir məşğuliyyətdirsə, qoy o zaman Madlen uşaqları mösye Bonesyeyə (məşhur «Üç muşketyor» filmində madam Bonesyenin kəbinli əri biqeyrətə) karikatura həsr etsinlər. Məsələn belə: arvad Dartaneyanla ….., əri də gizlində onları müşayiət edir… əsl biqeyrətlik (cinslərin bərabərliyi!) səhnəsidir, deyilmi?

Çıxışlarından belə nəticə çıxarmaq olar ki, Madlen oğlu Makron «gecələr qaranlıq otaqda hisli çıraq işığında» çox şey görüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.