Vyanadakı terror aktının əsas səbəbi açıqlandı – İŞİD izi...

3-11-2020, 10:07           
Vyanadakı terror aktının əsas səbəbi açıqlandı – İŞİD izi...
İnternetdə terror fəaliyyətini izləyən “SITE Intelligence Group” portalı cihadçıların Vyanadakı terror hücumlarında iştirak etdiklərini bildirib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası yayıb.

Mənbə yazır ki, İŞİD terror qruplaşması ilə mübarizə aparan Avstriya ABŞ-ın rəhbərlik etdiyi koalisiyada iştirak etdiyinə görə cihadçılar bu ölkədən öz heyflərini alıblar.

Vyanada baş verən terror hücumunda ən azı 15 nəfər yaralanıb, iki mülki şəxs və bir qatil ölüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.