Bərzani PKK-ya çağırış etdi 3-11-2020, 10:09 Eastnews.org-un verdiyi xəbərə görə, İraqın "Kürdüstan Demokrat Partiyası"nın sədri Məsud Bərzani PKK-ya çağırış edib.O, bildirib ki, PKK İraqın şimalını tərk etməli və bölgə tam olaraq Peşmərgə qüvvələrinə təhvil verilməlidir."Ərbil və Bağdad arasında razılaşma əldə olunub. Bölgədə təhlükəsizlik təmin olunmalıdır", - deyə Məsud Bərzani diqqətə çatdırıb.Məsud Bərzani qeyd edib ki, İraqda sabitlik ən əsas məsələlərdən biridir. Facebook-da paylaş