İrəvanda Su-25 qalmadı...

3-11-2020, 11:07           
İrəvanda Su-25 qalmadı...
Ermənistanın daha 1 Su-25 təyyyarəsi bölmələrimiz tərəfindən məhv edilib.

Pravda.az-ın məlumatına görə, Müdafiə Nazirliyindən bildirilib ki, düşmənın qırıcısı Zəngilan istiqamətində hücuma keçməyə cəhd göstərərkən zərərsizləşdirilib. Bu, artıq düşmənin 7-ci belə qırıcısıdır ki, hərbçilərimiz tərəfindən dəqiq atəşlə məhv edilir.

Hərbi ekspert Ramil Məmmədli deyib ki, sentyabrın 27-dən indiyədək Ermənistan ordusu dəfələrlə hava hücumuna cəhd etsələr də, ordumuz yüksək peşəkarlıqla onların planlarını alt-üst edib. Odur ki, arsenallarında olan Su-25 təyyarələri artıq tükənmək üzrədir.

Ramil Məmmədli bildirib, təkcə Su-25 təyyarələrinin məhv edilməsinə görə Ermənistan ordusuna 70 milyon dollardan çox ziyan dəyib.

Hərbi ekspert həmçinin deyib ki, Ermənistan və Azərbaycanın hərbi potensialı arasındakı kəskin fərq özünü pilotlarımızın bacarıqlarında da göstərir.

O bildirib ki, Ermənistan hava hücumundan müdafiə sistemləri də ordumuz tərəfindən darmadağın edilib. Düşmənin təkcə 6 ədəd S-300 hava hücumundan müdafiə qurğusunun məhv edilməsi düşmən cəbhəsindəki ən böyük itkilərdən hesab olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru