Ukrayna İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu əldə etmək istəyir –Açıqlama

3-11-2020, 22:21           
Ukrayna İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu əldə etmək istəyir –Açıqlama
Ukrayna yaxın gələcəkdə İslam Əməkdaşlıq Təşkilatında (İƏT) müşahidəçi statusu əldə etməkdə maraqlıdır.

“Mfa.gov.ua” xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin birinci müavini Emine Caparova İƏT-in baş katibi Yusef əl-Otayminlə videokonfrans rejimində keçirilən danışıqlar zamanı bildirib.

“Bu, belə bir nüfuzlu birlik ilə daha yaxın koordinasiyanı həyata keçirməyə və üzv dövlətlərlə münasibətlərin ikitərəfli səviyyədə dərinləşməsinə təsir edəcək”, – o, vurğulayıb.

Birinci müavin Ukraynanın təşkilatın müşahidəçisi statusunun əldə etməsi sorğusunu yenilədiyini də deyib/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru