İranda cinayətkar qrupun üzvləri həbs edildi

3-11-2020, 22:35           
İranda cinayətkar qrupun üzvləri həbs edildi
İranda korrupsiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində bank sənədlərini saxtalaşdırmaqda ittiham edilən 15 nəfər həbs edilib.

Publika.az xəbər verir ki, xüsusi xidmət və hüquq mühafizə orqanlarının İranın Şərqi Azərbaycan vilayətində həyata keçirdikləri birgə əməliyyat nəticəsində cinayətkar qrup aşkarlanıb. Bu qrup sənədləri saxtalaşdıraraq banklardan iri məbləğdə kredit götürür, müxtəlif yollarla onu mənimsəyib ödəniş etmirmiş.

Cinayətkarlar, həmçinin vəzifəli şəxsləri ələ almaqda, rüşvət verməkdə və başqa maliyyə fırıldaqlarında ittiham olunur.

İstintaqın gedişi haqqında ictimaiyyətə əlavə məlumat veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru