Kansler baş verən terrorun arxasında dayananlardan danışdı
3-11-2020, 23:36
Eastnews.org-un verdiyi xəbərə görə, Avstriya Kansleri Sebastian Kurz dünən gecə saatlarında paytaxt Vyanada baş verən terror hücumlarına münasibət bildirib.
Sebastian Kurz vurğulayıb ki, baş verənlər müsəlmanlar və xristianlar arasındakı qarşıdurma deyil.
"Başa düşməliyik ki, bu sülhə inanlar ilə müharibə tərəfdarı arasındakı qarşıdurmadır. Müharibə tərəfdarları ölkəmizdə xaos yaratmaq istəyirlər", - deyə Sebastian Kurz qeyd edib.
Kansler diqqətə çatdırıb ki, bu gün Avstriya cəmiyyətinin daha çox sabitliyə, sülhə və xoşmərama ehtiyacı var.