Trampın qələbəsinə 5 milyon dollar yatırdı və..

4-11-2020, 00:00           
Trampın qələbəsinə 5 milyon dollar yatırdı və..
Britaniyalı biznesmenlərdən biri ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsinə 5 milyon dollar yatırıb.

ONN media xəbər varir ki, bu barədə “San” qəzeti yazıb.

Nəşrin məlumatına görə, biznesmen Karib dənizindəki Kürasao adasında yerləşən kontorlardan birinə 2.85 əmsalla pul qoyub. Tramp qalib gələcəyi təqdirdə biznesmen 14.2 milyon dollar qazanacaq.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri bu gün keçirilir. Əsas namizədlər Demokratlar Partiyasından Co Bayden, Respublikaçılar Partiyasından isə indiki Prezident Donald Trampdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru