Belarusda bayram karnavalı elan olundu: Lukaşenkonun sonu

5-11-2020, 18:13           
Belarusda bayram karnavalı elan olundu:
Bu gecə Belarusda "Qaya Foks"gecəsidir. Bu gecə belaruslular Aleksandr Lukaşenkonun "legitim hakimiyyətinin" sonunu elan edərək bayram karnavalı edəcəklər.

Cebhe.info xəbər verir ki, bu barədə "Luç" Birliyi məlumat yayıb.

Məlumata görə, birlik Minsk və region sakinlərini birliyə səsləyib, Lukaşenko və onun 5 "sag əli"nin hakimiyyətdən uzaqlaşdırılması üçün aksiyaya çağırıblar.

Bayram karnavalının şüarı isə inqilabçı Emma Qoldmanın "Əgər mən rəqs etməyi bacarmıramsa, bu, mənim inqilabım deyil" sözləridir.

Bu gün Minskdə yaşayış ərazilərinin əksəriyyəti "etiraz adası"na çevrilib. Hər yerdə ağ-qırmızı bayraqlar asılıb.

Qeyd edək ki, şəhərin kommunal xidməti Lukaşenkoya qarşı etirazçıların "izlərini"məhv etsələr də, sonra yeniləri yaranır.

Xatırladaq ki, Belarusda bu ilin avqust ayında keçirilən prezident seçkilərinin nəticələrinin saxtalaşdırıldığı bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.