Fransa Şengen sərhədlərini gücləndirəcək – Makron anons verdi

6-11-2020, 06:57           
Fransa Şengen sərhədlərini gücləndirəcək –
Fransa hökuməti terror təhlükəsinə qarşı tədbirlər çərçivəsində sərhədlərinin mühafizəsini ikiqat artırır.

Bu barədə Prezident Emanuel Makron İspaniya sərhədindəki Pertus buraxılış məntəqəsinə səfəri zamanı bildirib ki, son vaxtlar ölkədəki terror hücumlarından sonra sərhədləri qoruyan polis, jandarma və hərbçilərin sayını 2 400-dən 4 800 nəfərə çatdıracaqlar.

“Mən həmçinin Şengendə daha çox nəzarət tətbiqi istiqamətində təftiş aparmağa çağırış etmək istəyirəm”, – deyə dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, oktyabr ayının 16-da Paris yaxınlığında tarix müəllimi Samuel Pati dərsdə Məhəmməd peyğəmbərin karikaturlarını şagirdlərə göstərdiyi üçün bir çeçen gənc tərəfindən məktəb yaxınlığında qətlə yetirilmişdi. Oktyabrın 29-da Nis şəhərinin baş kilsəsində tunisli gəncin üç nəfəri qətlə yetirməsindən sonra isə ölkədə ən yüksək terror təhlükəsi elan edilib/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru