“Baydenin oğlunun erməni ortağı...” – Rusiya ilə biznes əlaqələri

6-11-2020, 00:37           
“Baydenin oğlunun erməni ortağı...” –
“Trampın Rusiya ilə biznes əlaqəsi Bayden ailəsində olduğu kimi deyildi, bu biznesdə iki tərəf vardı”

Teref.az xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib.

Ekspert ABŞ-da keçirilən prezident seçkisində üstün olan Co Baydenin Rusiya ilə biznes əlaqələrinə diqqət çəkib:

“Bütün dünyaya “hökumətlər gəncləşsin” israrını edən ABŞ 78 yaşında demensiya xəstəliyi əlamətli bir yaşlını prezident etmək istəyir. Ancaq həmin demensiya xəstəsi Ermənistanın Bərdədə 24 nəfər mülki insanı qadağan olunmuş kasetli raketlərlə öldürdüyü gün ABŞ Konqresindəki Erməni Milli Komitəsinin üzvü tərəfindən yazılan bəyanatını səsləndirəndə dilə gətirə bilərdi. Demokratlar Co Baydeni Trampa prototip olaraq namizəd seçdilər – Rusiya ilə biznes əlaqəsi olan biri olaraq. Məsələ bundadır ki, Trampın Rusiya ilə biznes əlaqəsi Bayden ailəsində olduğu kimi deyildi. Bu biznesdə iki tərəf vardı, yəni arada nə vasitəçi, nə də vasitəçi lobbi qrup var idi.

Oğul Hanter Baydenin isə Rusiyada iki biznes tərəfdaşı vardı. Biri isə Moskvanın keçmiş meri Lujkovun həyat yoldaşı Yelena Baturina , digəri isə Baturinanın biznes ortağı Ruben Vardanyan, habelə onun Ukraynada – Krımda biznes ortağı olan başqa bir erməni…”.

Yeganə Hacıyeva qeyd edib ki, Trampın təşəbbüskarı olduğu sanksiyalar Rusiya iqtisadiyyatına dopinq rolunu oynadı və onu saflaşdırdı.teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru