Maya Sandu Moldovanın yeni prezidenti seçilməsi Moskvaya növbəti zərbədir....

16-11-2020, 19:45           
Maya Sandu Moldovanın yeni prezidenti seçilməsi Moskvaya növbəti zərbədir....
Qərbyönümlü Maya Sandu Moldovanın yeni prezidenti seçilib. Xanım Sandu seçkinin ikinci turunda rusiyapərəst İqor Dodon üzərində qələbə qazanıb. Bu Rusiyaya növbəti zərbədir. Rusiya illərdir Dodon vasitəsilə Moldovada keçmişdə itirdiyi mövqeləri bərpa etməyə çalışırdı. Ancaq Dodon nə qədər çalışsa da, Rusiyanın ölkəsindəki maraqlarını təmin edə bilmirdi. Çünki, Moldova parlamenti və hökuməti fərqli siyasi qüvvələrin nəzarətində idi və həmin qüvvələr ruspərəst Dodonun daxili və xarici siyasətdə manevr imkanlarını məhdudlaşdırırdılar. Buna baxmayaraq, Kremlə Dodonu təsir altında saxlaması da kifayət edirdi. İndi isə durum Kreml üçün yenə tərsinə döndü.
Teref.az xəbər verir ki, bunu politoloq Şahin Elxanoğlu deyir. Daha sonra Şahin bəy yazır:
Birincisi, Maya Sandu Ukraynanın yolu ilə getməyə çalışacaq. Yəni Moldovanın yeni prezident üçün əsas yol Avropanın təhlükəsizlik və iqtisadi institularına inteqrasiya olacaq. Əlbəttə, bu yol da hamar deyil, ancaq Rusiyanın imperiya siyasətinin təsiri altında qalmaqdan daha məqbuldur.
İkincisi, qonşu Ukrayna Moldova ilə əlaqələri gücləndirməyə çalışacaq. İqor Dodonun dövründə o Rusiyanın təzyiqi ilə Ukraynadan uzaq dayanmağa çalışırdı. Maya Sandu isə əksinə həm ölkəsi, həm də Avropanın daha çox dəstəyini qazanmaq üçün Ukrayna ilə münasibətlərdə yeni səhifə aça bilər.
Üçüncüsü, Maya Sandunun prezident seçilməsi Azərbaycanın da xeyrinədir. Moldova GUAM-ın zəif halqası sayılırdı. Dodon GUAM-a maraq göstərmirdi. Əlbəttə, ədalət naminə demək lazımdır ki, təşkilatın özü də son illər passviləşib. Ancaq Moldovada qərbpərəst siyasətçinin prezident seçilməsiylə təşkilatda müxtəlif layihələrin icrasını genişləndirmək perspektivi açılır. Onu da unutmayaq ki, Dağlıq Qarabağda yerləşən Rusiya hərbçilərini gələcək illərdə Azərbaycandan uzaqlaşdırmaq üçün titanik əmək sərf etməli olacağıq. Bunun üçün Avrasiya bölgəsindəki durum xeyrimizə dəyişməlidir, dost və tərəfdaşlarımızın sayı artmalıdır.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.