Avropa İttifaqının büdcəsinə veto qoyuldu –Səbəb

17-11-2020, 00:04           
Avropa İttifaqının büdcəsinə veto qoyuldu –Səbəb
Avropa İttifaqının (Aİ) 2021-2027-ci illər üçün yeni büdcə layihəsi Polşa və Macarıstan tərəfindən veto qoyularaq əngəllənib.

AFP xəbər verir ki, bu barədə Aİ-dəki mənbələr bildirib.

17-21 iyul tarixində keçirilən Aİ zirvə görüşü zamanı təşkilatın güzəştli büdcə planı 1 074,3 milyard avro, üzv ölkələrin iqtisadiyyatını bərpa etmək üçün isə 750 milyard avroluq büdcədənkənar fond təsdiqlənib.

Bu ayın əvvəlində Aİ həmin vəsaitləri ayrı-ayrı üzv ölkələr arasında bölüşdürərkən ilk dəfə qanunun aliliyi prinsipinə əməl edib-etməməsini rəhbər tutacaqlarını açıqlamışdı. Həmin prinsipin yozumu ilə bağlı Aİ ilə fikir ayrılıqları çıxan Polşa və Macarıstan da layihəyə veto qoyublar. (report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru