Biden dövründə İsrailin “qızıl çağı” bitə bilərmi? – ARAŞDIRMA

17-11-2020, 16:56           
Biden dövründə İsrailin “qızıl çağı” bitə bilərmi? – ARAŞDIRMA
“Obama administrasiyası dövründə ABŞ-İsrail
münasibətləri bəlkə də heç olmadığı qədər gərginləşmişdi.
Yeni Amerika rəhbərliyinin İsrail siyasətində oxşar
gərginlik potensialına sahib olduğunu iddia etmək
mümkündür”

KAİM.az xəbər verir ki, bunu politoloq Ceyhun Çiçəkçi
deyib.

Onun şərhinə görə Joe Bidenin hakimiyətin dövründə
İsraillə münasibətlər gözləndiyi qədər yaxşı olmayacaq.
Hətta yeni ABŞ prezidentinin dövründə İsrailin qızıl
dövrü də bitə bilər. Politoloq qeyd edir ki, Obama
hakimiyyəti zamanında da ABŞ – İsrail münasibətləri
gərgin idi. Nəticə etibarilə, Biden rəhbərliyinin mümkün
siyasətləri İsrail ictimaiyyətində sıx şəkildə müzakirə
olunur. Əslində, Netanyahunun sosial media profilində
Trampla çəkdirdiyi şəkli dəyişdirməməsi İsrailin yeni
seçilmiş Amerika rəhbərliyinə mesajı kimi qəbul edilə
bilər. Netanyahu Cümhuriyyətçi və Demokratlar arasında
ayrı-seçkilik etmədiyini bildirsə də, Respublikaçı Tramp
administrasiyası İsrailin “qızıl çağını” yaşatdı fikrini
səsləndirmişdi”

O, bu fikrin İsrail hakimiyyəti üçün də aydın olduğunu
vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru