Rusiyada miqrantlarla bağlı yeni qanun imzalandı

17-11-2020, 17:58           
Rusiyada miqrantlarla bağlı yeni qanun imzalandı
Rusiya hökuməti işçi miqrantların sayına məhdudiyyət tətbiq edib. Belə ki, bu ölkənin Baş naziri Mixail Mişustin bu sahədə yeni qərar imzalayıb.

Cebhe.info xəbər verir ki, bu barədə "Rossiyskaya qazeta" məlumat yayıb.

Məlumata görə, bəzi sahələrdə limitlər bu ilin səviyyəsində qalıb.

Əsasən tikinti sahəsində 80 faiz miqrant sayı təşkil edəcəyi bildirilir. Bu məhdudiyyət Moskva, Amur vilayəti və Buryatiyaya şamil edilmir.

Dağıstanda isə miqrant limiti , xüsusilə tikinti sahəsində 50 faiz təşkil edəcək.

Tərəvəz yetişdirilməsi ilə məşğul olan təşkilatlar və özəl sahibkarlar ümumi işçilərinin 50 faizindən çox olmayaraq miqrant işə götürə bilərlər. Bu limit həmçinin taxta-şalban işi ilə məşğul olan sahələrə də şamil edilir.

Qeyd edək ki, yeni qərar gələn il yanvarın 1-dən qüvvəyə minəcək.

Xatırladaq ki, Rusiyada çalışan miqrantlar MDB ölkələrinin vətəndaşlarıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.