Tramp bu tarixdə raketlərlə İranı VURMAQ İSTƏYİB, SON ANDA... - SENSASİYA

17-11-2020, 18:34           
Tramp bu tarixdə raketlərlə İranı
ABŞ Prezidenti Donald Tramp 12 noyabrda Ağ Evin Dəyirmi Ofisində müşavirləri ilə iclas keçirib. İclasda İranın ən böyük nüvə müəssisəsi “Natanz”ın ballistik raketlərlə vurulması məsələsi müzakirə olunub.

Publika.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” 4 amerikalı vəzifəli şəxsə istinadən informasiya yayıb.

Bildirilib ki, səlahiyyətli şəxslər D.Trampı hücum qərarından çətinliklə vaz keçiriblər.

Mənbələrin məlumatına görə, bu görüş beynəlxalq müfəttişlərin İrana təqdim olunan zənginləşdirilmiş uran miqdarında əhəmiyyətli dərəcədə artım olduğunu söyləməsinin ardınca baş tutub.

İclasa prezidentin köməkçisi Mayk Pens, dövlət katibi Mayk Pompeo, müdafiə naziri müşaviri Kristofer Miller və baş qərargah rəisi Mark Millinin qatıldığı bildirilir.

Ağ Evdən xəbərlə bağlı hər hansı açıqlama gəlməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru