Lena Nazaryan: "Yeni seçki kampaniyası ilə döyüşçülərin ölümünə yas tutan kəndlərə gedə bilməzsiniz""

17-11-2020, 21:50           
Lena Nazaryan: "Yeni seçki kampaniyası ilə döyüşçülərin ölümünə yas tutan kəndlərə gedə bilməzsiniz""
“Heç kim hakimiyyətin bu proseslərə görə məsuliyyət daşıdığını inkar etmir. Etiraf edirəm ki, ciddi nəticələr çıxarılacaq”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan parlamentin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, baş nazir 25-30 min əsgərin həyatını qurtarmaq üçün üçtərəfli bir bəyanat imzalamaq məcburiyyətində qaldı. Bununla həmdə Stepanakerti (Xankəndi-red) xilas etdi

“Bütün bunları 2,5 illik hakimiyyətin bir nəticəsi olduğunu qəbul etmirəm. Bu, son 25 ildəki siyasətin, həmçinin nəzərə alınması lazım olan regional və geosiyasi dəyişikliklərin nəticəsidir. Etiraf edirəm ki, bu hadisələr ictimai çılğınlıq yaratdı. Siyasi dəyişiklik olsa da, düşünürəm ki, ağıllı insanlar bunun vaxt tələb etdiyini başa düşürlər. Yeni seçki kampaniyası ilə döyüşçülərin ölümünə yas tutan kəndlərə gedə bilməzsiniz”, – deyə vitse-spiker əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.