Putinə daha iki dəfə prezident seçilməsi imkanı verən qanun layihəsi Dumaya təqdim olundu

18-11-2020, 00:02           
Putinə daha iki dəfə prezident seçilməsi imkanı verən qanun layihəsi Dumaya təqdim olundu
Vladimir Putinin Rusiya Prezidenti postunda daha nə qədər qalacağı çoxlarını maraqlandırır. Hadisələr göstərir ki, qonşu ölkənin rəhbəri hələ postunu təhvil vermək fikrində deyil.

Bizimyol.info xəbər verir ki, Putinin daha iki dəfə prezident seçilməsi imkanı yaranır. Onun növbəti iki seçkidə iştirakına şətrait yaradan qanun layihəsi Dumaya təqdim olunub.

Layihədə yazılıb ki, ölkə prezidenti olan heç bir şəxs daha iki dəfə bu postu tuta bilməz. Amma bu nüans indi dövlətə başçılıq edən şəxsə aid deyil. Yəni Putinin qarşısında yaşıl işıq yandırılıb.

Başqa dəyişikliklər də var. Əvvəllər başqa ölkənin pasportunu daşımış və ya Rusiyadan kənarda yaşayış hüququ əldə etmiş şəxslər prezident seçkilərində mübarizə apara bilməyəcək. Dövlət başçısı olmaq üçün Rusiyada azı 25 il yaşamaq lazımdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.