Obamadan şok iddia: “Rusiya keçmiş sovet respublikalarına qarşı…”

18-11-2020, 00:45           
Obamadan şok iddia:
“Rusiyanın supergüc statusuna asas maneə müttəfiqlərinin və kifayət qədər hərbi bazasının olmamasıdır”.

KONKRET.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama “Vəd edilmiş torpaq” kitabında dilə gətirib.

ABŞ-ın 44-cü prezidenti kitabında Rusiyanın artıq supergüc olmadığını vurğulayır:

“Rusiyada ABŞ-ın dünyadakı hərbi qüdrətini proqnozlaşdırmasına imkan verən geniş bir ittifaq və baza şəbəkəsi yoxdur. Rusiya iqtisadiyyatı İtaliya, Kanada və Braziliya iqtisadiyyatlarından geri qalmaqda davam edir, demək olar ki, tamamilə neft, qaz, mineral resurslardan və silah ixracatından asılıdır”.

Obama Rusiyadakı korrupsiyanın yüksək səviyyəsinə, sosial bərabərsizliyə və əhali arasında kişilərin qısa ömürlü olmasına da diqqət çəkib.

Eks-prezidentin fikrincə, Moskvanın qəzəbi əsasən ABŞ-a qarşı yönəlib. Obama Moskvanın keçmiş sovet bloku ölkələrinin Rusiyanın təsir dairəsindən çıxmasının qarşısını almaq üçün səylərini intensivləşdirdiyini yazıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.