“Ən pis ssenari ilə faciə arasında seçim etməliydik” - Ermənistan SQ Baş Qərargah rəisi

18-11-2020, 00:53           
“Ən pis ssenari ilə faciə arasında seçim etməliydik” - Ermənistan SQ Baş Qərargah rəisi
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan Dağlıq Qarabağ müharibəsinin detallarını açıqlayıb.

"Biz ən pis ssenari ilə faciə arasında seçim etməliydik və ən pis ssenarini seçdik", – Qasparyan noyabrın 17-də yayılmış müraciətində deyir. O, vəzifəyə iyunun 8-də təyin olunduğunu, artıq iyunun 12-də Ermənistanın Baş nazirinə, bir neçə gün sonra Təhlükəsizlik Şurasına regiondakı hərbi-siyasi vəziyyətlə bağlı təhlilini təqdim etdiyini bildirir. Qasparyan deyir ki, hələ onda resursları nəzərə alaraq uzunmüddətli müharibənin onlara sərf etmədiyini bildirib. Həmin vaxt qeyri-nizami ordu yaratmaq məsələsi qaldırılıb.

"Müharibənin dördüncü günü Təhlükəsizlik Şurasının iclasında itkilərimiz, silahlı qüvvələrin durumu haqda məlumat verərək dedim ki, iki-üç günə müharibəni dayandırmaqla bağlı tədbir görülməlidir, yoxsa döyüş əməliyyatları indiki intensivliklə davam edərsə, resurslarımız qısa müddətə tükənər", – o qeyd edir.

Ancaq müharibənin dayandırmaq cəhdləri və təkliflərinin Türkiyə və Azərbaycan tərəfindən rədd edildiyini bildirir.

"Çox ağır şərtlər əsasında razılaşma, situasiyanın hərtərəfli dəyərləndirilməsi nəticəsində qəbul edildi. Biz ən pis ssenari və faciə arasında seçim etməliydik. Ən pis ssenariyə üstünlük verdik. Bu, həyatımda ən pis gün idi, şəxsi faciəm idi", – Qasparyan vurğulayıb.Azpolitika












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.