ABŞ-ın ən böyük kəşfiyyat klubu haqqında 93 min təcavüz iddiası

18-11-2020, 12:01           
ABŞ-ın ən böyük kəşfiyyat klubu haqqında 93 min təcavüz iddiası
ABŞ-ın ən böyük və uzun illərdir fəaliyyət göstərən kəşfiyyat klubu "The Boy Scouts of America" (BSA) haqqında 93 mindən çox təcavüz iddiası qaldırılıb.

"MediaPost" "CNN"ə istinadən xəbər verir ki, qurbanların vəkili Endryu Van Arsdale şikayət sahiblərinə müraciət etmələri üçün 23 noyabra qədər vaxt verildiyini, təcavüz hadisələrinin BSA üçün "haqqında danışılmayan qanun" olduğunu söyləyib.

O, 19 ay ərzində minlərlə təcavüz qurbanı ilə görüşdüyünü, indiyədək şikayət edənlərin isə 93.700 nəfər olduğunu qeyd edib.

Məsələ ilə bağlı BSA-dan verilən rəsmi açıqlamada "keçmişdə yaşadıqları təcavüzü dilə gətirənlərin ağrılarını yox edə bilmədiyimiz üçün təəssüf edirik", - deyə bildirilib.

Ölkə miqyasında kluba açılan təcavüz və istismar iddialarından sonra BSA ödəyəcəyi təzminatın məbləğinin çox olması səbəbilə fevral ayında iflas etdiyini açıqlamışdı.

Qeyd edək ki, BSA ölkədə uşaq və gənclər üçün təbiətdə təşkil etdiyi təlim düşərgələri ilə məşhurdur. 110 illik tarixə sahib kəşfiyyat klubunun hələ də 2 milyon üzvünün və 1-10 milyard dollar arasında pulu olduğu təxmin edilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.