Rusiya nəşri: "Ermənistan Qarabağı korrupsiya üzündən uduzdu"

19-11-2020, 04:15           
Rusiya nəşri:
“Sovet silahlarına olan ümidləri ilə Ermənistan Azərbaycanın necə yavaş-yavaş, amma qətiliklə gücləndiyini görməyib. Onun silahlı qüvvələri hələ bir neçə il əvvəl tənəzzülə uğramışdı, lakin böhranı heç kim görmək istəmirdi. Nikol Paşinyanın rəhbərlik etdiyi yeni hökumət pullarını boş yerə xərclədi və özünün piar ordusunu gücləndirməyə üstünlük verdi”.

KONKRET.az xəbər verir ki, Rusiya nəşri discover24.ru Qarabağdakı hərbi əməliyyatların nəticələrini şərh edərkən bu qənaətə gəlib.

“Analitiklər yazırlar ki, Su-30SM qırıcılarının alınması Ermənistan Silahlı Qüvvələrini gücləndirməyib… Bununla yanaşı, Rusiya qırıcıları Ermənistana 120 milyon dollara başa gəlib. Ekspertlərin fikrincə, bu pulların xeyli hissəsi hakimiyyəti devirənlər üçün mənfəət gətirən çoxlu korrupsiya sxemlərində fırlanırdı.

Analitiklər hesablayıblar ki, bu pula, hərəsinə bir milyon dollar ödəməklə, 30-40 ədəd Wing Loong 2 pilotsuz uçan aparatları almaq olardı. Bu zərbəçi pilotsuz uçan aparatlar Türkiyənin “Bayraktar”larından heç nə ilə geri qalmır, qiymət baxımından isə əksinə, daha cəlbedici görünür. Qalan 80-90 milyon dollara isə Ermənistan kəşfiyyat PUA-ları və barajedici silah-sursat ala bilərdi. O zaman onun müharibə şansları əslində olduğu kimi, o qədər də xəyali olmazdı”, – deyə nəşr vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.